İqtisadiyyat

Azərbaycanda tikinti materialları sahəsində istehsalın ümumi dəyəri azalıb

21 Aprel 2020 20:09
0 Şərh     Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 141,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tikinti gipsinin istehsalı 39,0 dəfə, asfaltın istehsalı 9,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 5,2 faiz, tikinti kərpicinin istehsalı 1,5 faiz artmış, sementin istehsalı 3,0 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 5,1 faiz, tikinti əhənginin istehsalı 29,1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 36,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 59,8 faiz azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.