İqtisadiyyat

Azərbaycanda ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemi yaradılacaq

24 Mart 2020 22:57
0 Şərh     Baxış: 2 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kənd təsərrüfatının inkişafı baxımından mövcud qanunvericilik təkmilləşdiriləcək, stimullaşdırma mexanizmləri hazırlanacaq və bu sahədə ictimai məlumatlandırma tədbirlərini həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemini yaratmaq, ərzaq təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, vahid məlumat bazasında sistemləşdirilməsini təmin etmək barədə də öhdəlik götürüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.