İqtisadiyyat

"Apple" İtaliyaya koronavirusla mübarizə aparmaq üçün yardım edəcək

19 Mart 2020 23:59
0 Şərh     Baxış: 1 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikanın "Apple" korporasiyası İtaliyaya yeni növ koronavirusla mübarizə aparmaq üçün kömək edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin başçısı Tim Kuk "Twitter" səhifəsində xəbər verib.

"Dostlarımıza dəstək heç vaxt indiki kimi əhəmiyyətli olmayıb. Biz İtaliyanın Mülki Müdafiə Departamentinə tibbi avadanlıq və ləvazimatlarla yardım göstərəcəyik", - T.Kuk yazıb.

13 martda "Apple" dünya üzrə koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün ümumilikdə 15 milyon dollar ayırdığını bildirib.

Son məlumatlara görə, İtaliyada koronavirusa yoluxma hallarının sayı 41 min nəfəri ötüb, 3,5 min nəfərə yaxın insan dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.