İqtisadiyyat

Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama

13 Mart 2020 11:40
Baxış: 8 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı benzin qiymətlərinin ucuzlaşması dünya bazarlarında neft qiymətlərinin azalması ilə əlaqədardır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, həmin markalar Azərbaycanda istehsal olunmur və xaricdən idxal edilir.

Azərbaycanda istehsal olunan və geniş tələbat olduğu üçün qiymətləri Tarif Şurası tərəfindən nizamlanan Aİ-92 markalı benzin, dizel və aviasiya yanacağından fərqli olaraq "Premium Euro-95" və "Super Euro-98" benzinlərinin qiyməti neft qiymətlərinin dəyişməsindən asılıdır.

Ona görə də dünya bazarlarında nefti ucuzlaşması ilə əlaqədar həmin markaların Azərbaycana tədarükü daha ucuz başa gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.