İqtisadiyyat

Azərbaycanda ÜDM 2,4 faiz artıb

27 Fevral 2020 19:42
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar ayında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artaraq 6 milyard 520,2 milyon manat təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 4,9 faiz artıb, neft-qaz sektorunda isə 0,7 faiz azalıb.

ÜDM istehsalının 44,2 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manata bərabər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.