İqtisadiyyat

TRACECA bu il üçün planlar və yeni həllərin tətbiqi barədə

26 Fevral 2020 21:11
Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə 2020-ci il üçün planlar, eləcə də TRACECA təşkilatının 2018-2019-cu illər üzrə statistik məlumatları və Azərbaycanın ən çox tələb olunan məhsullarının ixrac-idxalı məsələləri müzakirə olunub.

Milli.Az bildirir ki, bunu Trend-ə TRACECA Hökumətlərarası komissiyasının Daimi katibliyinin baş katibi Aset Asavbayev deyib.

O bildirib ki, 2020-ci ildə nəqliyyat dəhlizini yeni avadanlıq, rəqəmsal texnologiya, sərhədyanı zonaların infrastrukturunun inkişafı, beynəlxalq norma və standartlara uyğun olmayan məhsulların aşkar olunmasının təkmilləşdirilməsi məqsədilə skanerlərin tətbiqi yolu ilə bütün sahələr üzrə inkişaf etdirmək planlaşdırılır.

Baş katibin sözlərinə görə, ötən il nəqliyyat dəhlizinin Azərbaycan sahəsində yük daşımalarının həcmi 52 milyon 761,9 min ton, yük dövriyyəsi isə 158,3 milyon ton təşkil edib. 2018-ci illə müqayisədə Azərbaycan sahəsində yük daşımalarının həcmi 0,2 faiz artıb:

"Yükün 34 milyon 619,9 min tonu və ya 65,6 faizi avtomobil nəqliyyatı, 13 milyon 326,6 min tonu və ya 25,3 faizi dəmir yolu, 4 milyon 824,4 min tonu və ya 9,1 faizi dəniz nəqliyyatı ilə daşınıb. Yüklərin 8,77 milyon tonu və ya 15,3 faizini tranzit yükləri təşkil edib".

A.Asavbayev əlavə edib ki, Azərbaycanın əsas ixrac olunan məhsulu neft və qazdır:

"Bundan başqa, Azərbaycanın ən çox ixrac olunan məhsulları sırasına Sumqayıtın kimya istehsalı məhsulları, tərəvəz və ərzaq məhsulları daxildir. Azərbaycana idxal olunan məhsullar arasında müxtəlif markalı avtomobillər, məişət avadanlığı, Çin istehsalı olan elektron avadanlıqlar, şəkər və digər istehlak məhsulları yer alır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.