İqtisadiyyat

Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb

19 Fevral 2020 18:14
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 14.2 faiz artıb.

Milli.Az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, ötən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 2018-ci illə müqayisədə 14.2 faiz artaraq 14841 nəfər təşkil edib.

Agentlikdən bildirilib ki, fevralın 18-də Minskdə keçirilən "Travel Connections Minsk" tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib.

Tədbirdə Minsk-Bakı arasında birbaşa uçuşların olması, iki ölkə arasında vizasız rejimin tətbiqi, dil baryerinin olmaması xüsusi vurğulanıb və bu imkanlardan yararlanaraq turistlərin sayının artırılması müzakirə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.