İqtisadiyyat

Avrozonada son 7 ilin ən aşağı iqtisadi artım tempi qeydə alınıb

1 Fevral 2020 20:54
0 Şərh     Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrozonada 2019-cu ilin axırıncı rübündə ÜDM-ın artım templəri III rübə il müqayisədə 0,1% artıb və bu rüblük artım üzrə son 7 ilin ən aşağı göstəricidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə ötən ilin sonuncu rübündə ÜDM 1% artıb.

Qeydə alınan aşağı tempin əsas səbəbi kimi, Fransa və İtaliyadakı proqnozların əksinə baş vermiş tənəzzüllər göstərilir. Sözügedən ölkələrdə 2019-cu ilin axırıncı rübündə iqtisadi artım tempi III rüb ilə müqayisədə müvafiq olaraq 0,1% və 0,3% azalıb.

Qeyd edək ki, Fransa və İtaliya müvafiq olaraq 2016-cı və 2013-cü illərdən bu yana ilk dəfədir ki, mənfi iqtisadi artım tempi göstəricisi ilə üzləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.