İqtisadiyyat

“Total” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır

31 Yanvar 2020 18:29
0 Şərh     Baxış: 1 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fransanın "Total" şirkəti Azərbaycanda fəaliyyətini genişləndirməkdə maraqlıdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Total - Azerbaijan" və "Total E&P Absheron" şirkətlərinin korporativ xidmətlər üzrə direktoru Anar Rəsulov deyib.

Onun sözlərinə görə, şirkət SOCAR-la sıx əməkdaşlıq edir, hər iki şirkət "Abşeron" layihəsi üzərində birgə işdən məmnundur: "Gələcəkdə "Abşeron" kimi layihələrlə bağlı işlər gözlənilir. Məsələn, "Ümid-Babək" və digər layihələr mövcuddur".

Qeyd edək ki, "Abşeron" layihəsinin iştirakçıları hərəsi 50 faiz pay sahibi olan SOCAR və "Total" şirkətləridir. Əvvəllər 20 faiz paya sahib olan "Engie" şirkəti 2017-ci ilin iyununda layihəni tərk edib. "Abşeron" strukturu ilə bağlı müqavilə SOCAR və "Total" şirkətləri arasında 2009-cu il fevralında imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.