İqtisadiyyat

Azərbaycan vətəndaşları əsasən hansı ölkələrə səfər edirlər?

27 Yanvar 2020 20:39
0 Şərh     Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5 milyon 567,7 min nəfər olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,9 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,4 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 12,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,6 faiz artıb.

2019-cu ildə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,6 faizi dəmir yolu və avtomobil, 16,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.