İqtisadiyyat

Azərbaycanda ötən il istehsal edilən avtomobillərin sayı məlum olub

24 Yanvar 2020 07:47
1 Şərh     Baxış: 1 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 315,5 milyon manatlıq məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,0 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 17,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7 faiz azalıb.

Dövr ərzində 905 ədəd traktor, 2360 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 65,9 faiz, fəvvarə armaturunun istehsalı 48,5 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.