İqtisadiyyat

İstanbuldan Bakıya yeni aviareys açılacaq

16 Yanvar 2020 14:54
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türk Hava Yolları"nın törəmə şirkəti olan "AnadoluJet" aviaşirkəti Bakıya birbaşa reys açacaq.

Mİlli.Az Trend-ə istinadən xəbər verir ki, şirkət İstanbulun Sabiha Gökçen hava limanından yeni beynəlxalq reyslər işə salacaq.

Qeyd olunur ki, şirkət hazırda iki beynəlxalq reys həyata keçirir, martın 29-da başlayaraq isə İstanbuldan 18 ölkədə 26 istiqamət üzrə yeni uçuşlar işə düşəcək.

Məlumata əsasən, yeni uçuşlar Bakı, Küveyt, Ercan, Dubay, Bağdad, Bəhreyn, Ciddə, Ərbil, Ər-Riyad, Tehran, Təl-Əviv, Tbilisi, Dammam, Əbu-Dabi, Mədinə, Amsterdam, Barselona, Brüssel, Düsseldorf, Frankfurt, London, Milan, Münhen, Ştutqart, Paris, Roma və Vyanaya həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.