İqtisadiyyat

"Dövlət sektorunda əməkhaqlarında olan artım artıq özəl sektorla rəqabət qabiliyyətindədir" - Elşad Məmmədov

7 Yanvar 2020 19:50
Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il Azərbaycanda aparılan əsaslı islahatlar 2020-ci ildə ölkənin özəl sektorunda əməkhaqqının artmasına səbəb ola bilər.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, ötən il aparılan islahatlar nəticəsində dövlət sektorunda çalışanların əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb: "Bu proses cari ildə özəl sektora da təsir etməlidir. Dünya təcrübəsi də, iqtisadiyyat elmi də onu deməyə əsas verir ki, ölkədə əməkhaqqının artım lokomotivi, təkanverici qüvvəsi dövlət sektorudur. Dövlət sektorunda əməkhaqqının artırılması sözsüz ki, özəl sektordakı artımlara da zəmin yaradır. Ona görə də düşünürəm ki, biz bu istiqamətdə müəyyən proseslərin şahidi olacağıq. Eyni zamanda, əməkhaqqı artımı prosesi ardıcıl şəkildə davam etdirilməlidir".

E.Məmmədov vurğulayıb ki, 2019-cu il Azərbaycanda ciddi dönüş ili oldu: "Dövlət sektorundakı misilsiz artım özəl sektora da artıq öz təsdirini göstərməlidir. Bu gün dövlət sektorunda əməkhaqlarında olan artım artıq özəl sektorla rəqabət qabiliyyətindədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.