İqtisadiyyat

Nazir: "TANAP layihəsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir"

27 Dekabr 2019 14:46
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Trans-Anadolu boru kəməri (TANAP) Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava deyib.

Nazir bildirib ki, bu layihə Gürcüstana böyük fayda gətirəcək: "Layihə təkcə ölkəmizin enerji təhlükəsizliyini artıracaq əsrin regional layihəsi olduğu üçün deyil, həm də Gürcüstana böyük fayda gətirəcəyi üçün vacibdir".

N.Turnavanın sözlərinə görə, əgər bu gün qaz kəməri ilə altı milyard kubmetrdən çox qaz nəql olunursa, kəmərin genişləndirilməsi sayəsində qaz həcmi dörd dəfə artacaq:

"Bunun nəticəsində yaxın illərdə tranzit dəhliz qismində əldə edəcəyimiz ödənişlər sözsüz ki, artacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.