İqtisadiyyat

Azərbaycan Avropa ölkələrinə ilbiz və qurbağa ayaqları ixrac edəcək

25 Dekabr 2019 14:22
4 Şərh     Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı ölkələrinə heyvan mənşəli qidaların ixrac edilməsi üçün ilk növbədə Avropa İttifaqına üzv olmayan ölkələr konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçməlidir. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib. 

O bildirib ki, bu mənada Azərbaycan cari il ərzində heyvan mənşəli üç növ qida məhsulu üzrə Avropa İttifaqı tərəfindən səlahiyyətləndirilib. 

"Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan olaraq tanınıb. Bundan əvvəl balıq kürüsü Avropa İttifaqına ixrac oluna bilirdi və sahibkarların müraciəti əsasında bal, ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı Azərbaycan səlahiyyətli ölkələr sırasına daxil edilib". 

E.Mikayılov vurğulayıb ki, AQTA Sahibkarların müraciətini nəzərə alaraq, daha iki yeni məhsulun Avropa İttifaqına ixracı ilə bağlı danışıqlara başlayıb:

"Son illər balın ixracında ciddi artım dinamikası bizə imkan verdi ki, orqanik balı Avropa İttifaqına ixrac edək. Sahibkarlar artıq potensial alıcıları müəyyən ediblər. Baldan sonra heyvan mənşəli yun və dərinin ixracı barəsində Avropa İttifaqının cavabdeh orqanı ilə danışıqlar aparılır. Proseslər başa çatdıqdan sonra bu məhsulların ixracına icazə veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.