İqtisadiyyat

Bu il Azərbaycanın iqtisadi və sosial inkişafı üçün 12 milyard manatdan çox vəsait qoyulub

17 Dekabr 2019 10:19
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 786,9 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 67,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Milli.Az Trend-ə istinadən əbər verir ki, ümumi sərmayənin 65,7 faizi məhsul istehsalı sahələrinə, 24,9 faizi xidmət sahələrinə, 9,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,6 faiz, digər vəsaitlər isə 0,9 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.