İqtisadiyyat

SOCAR-Petrofac birgə müəssisəsi BP ilə xidmət müqaviləsi imzalayıb

16 Dekabr 2019 16:19
0 Şərh     Baxış: 1 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə müəssisə olan Böyük Britaniyanın "Petrofac" şirkəti Azərbaycan və Gürcüstanda BP-nin əməliyyatlarının dəstəklənməsi üçün layihələrin idarə olunması xidmətləri üzrə müqavilə imzalayıb.

Milli.Az xəbər verir ki, Trend bu barədə "Petrofac" şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, müqavilə 3 il müddətinə imzalanıb.

Müqavilə Xəzər regionunda dənizdə və quruda, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz boru kəməri, Qərb boru kəməri (WREP) layihələrində BP-nin əməliyyatlarını əhatə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.