İqtisadiyyat

Nazir: "Üç ay ərzində istehsalatda 15 ölüm halı baş verib"

15 Aprel 2010 10:41
Baxış: 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası" hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. 2010-cu il üçün bu kvota cəmi 10700 nəfərdir. 2010-cu ilin yanvar-mart aylarında verilmiş və müddəti uzadılmış fərdi icazələrin sayı 1976 olub: "Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 397 nəfər və ya 1,3 dəfə çoxdur. Əcnəbilərə fərdi icazələrin alınması üçün dövlət rüsumu məbləğinin 45 manatdan 1000 manata qaldırılması daxili əmək bazarının qorunması ilə yanaşı, həm də işəgötürənlər tərəfindən ölkəmizə əsasən yüksək ixtisaslı kadrların gətirilməsinə, həmçinin yerlı mütəxəssislərin peşə və ixtisaslarının artırılmasına daha artıq dərəcədə diqqət göstərmələrinə xidmət edir".

Füzuli Ələkbərov deyib ki, 2009-cu il ərzində Dövlət Əmək Müfəttişliyi tərəfindən 2438 müəssisədə həyata keçirilən dövlət nəzarəti nəticəsində 9124 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib, 553 870 manat məbləğində cərimə tətbiq edilib: " Həmçinin 7048 nəfər işçi ilə əmək müqaviləsi bağlatdırılmış, vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 1045564 manat olub. 2010-cu ilin birinci rübü ərzində işə qeyri-leqal cəlb edilən 431 nəfərlə əmək müqaviləsi bağlatdırılıb, vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 200139 manat olub".
 
Nazir məlumat verib ki, əməyin mühafizəsinin təşkilinə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində son üç ildə iş yerlərində baş verən bədbəxt hadisələrin və bu hadisələr zamanı həlak olanların sayı ilbəil azalıb: "Belə ki, 2007-ci ildə istehsalatla əlaqəli 259, 2008-ci ildə 255, 2009-cu ildə isə 231 bədbəxt hadisə baş verib, bu hadisələr nəticəsində ölənlərin sayı müvafiq olaraq 128 nəfər, 72 nəfər və 69 nəfər təşkil edib. Hesabat dövründə istehsalatda 15 nəfər dünyasını dəyişib".
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.