Rövnəq Abdullayev: "Əsrin müqaviləsi" həm neft, həm də qeyri-neft sektorunun canlanmasına güclü təkan verib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümummilli lider Heydər Əliyevin şah əsəri olan "Əsrin müqaviləsi" və ondan irəli gələn mənfəət Azərbaycan xalqının hazırkı rifah halına ən böyük təsir göstərmiş, iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunun canlanmasına güclü təkan vermişdir.
Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətilə özəl olaraq Trend-ə açıqlamasında deyib.
R.Abdullayev bildirib ki, kontraktın imzalanması Azərbaycan üçün nə qədər əhəmiyyətli olsa, onun icrasından daxil olan gəlirlərin maksimum səmərə ilə idarə olunması da bir o qədər məsuliyyət, əzmkarlıq və bacarıq tələb etmişdir:
"Bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli iradəsi həlledici faktor olmuş, Azərbaycanın və SOCAR-ın dayanıqlı inkişaf strategiyasının əsas vektorlarını müəyyən etmişdir. Məhz onun tapşırıqları nəticəsində SOCAR son 10 ildə nisbətən kiçik yerli neft şirkətindən qlobal enerji şirkətinə çevrilmişdir. Ötən dövrdə neft gəlirləri ölkədə bazar iqtisadiyyatının tələblərinə cavab verən səriştəli kadrların hazırlanmasına sərf olunmuş, SOCAR-ın texniki və texnoloji imkanlarını artırmışdır. Bu gün bizim ölkədə neft və qaz sənayesində tətbiq edilən texnoloji həllər dünya standartlarından geridə qalmır. Hətta bir çox qabaqcıl texnologiyalar Xəzər hövzəsi çərçivəsində yalnız Azərbaycanda tətbiq olunur. Buna görədir ki, Xəzər hövzəsində bir çox xarici tərəfdaş dövlətlər və şirkətlər neft-qaz tikinti işlərində və digər sahələrdə məhz bizim şirkətlərin xidmətlərindən istifadə edirlər".
SOCAR-ın prezidenti vurğulayıb ki, Azərbaycanda həyata keçirilən beynəlxalq layihələrdə iştirak edən əməkdaşların 90 faizi Azərbaycan vətəndaşlarıdır:
"Bu da ölkə rəhbərliyinin xarici şirkətlərin qarşısında qoyduğu tələblərin icrasından irəli gəlir və Azərbaycan tərəfindən yerli mütəxəssislərimizin beynəlxalq səviyyəli təlimlər əsasında hazırlanmasına sərf olunmuş vəsaitlərin hesabına mümkün olmuşdur.
SOCAR bu gün, ölkə başçısının tapşırıqlarını rəhbər tutaraq, Azərbaycanın qlobal brendi kimi artıq dünyanın 40 ölkəsi arasında əməliyyatlar həyata keçirir. Xarici investorlar üçün özünü etibarlı tərəfdaş kimi təsbit etmiş Azərbaycan bu gün SOCAR timsalında artıq özü də xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə və dayanıqlı gəlir mənbələri yaradır".
R.Abdullayevin sözlərinə görə, hazırda Azərbaycanın iqtisadi dayanıqlığının əsas sütunları ölkədə hökm sürən siyasi sabitlik, ölkə rəhbərliyinin uzaqgörən strategiyası, onun daim yeni üslub və həllərin axtarışında olan innovativ idarəetmə fəlsəfəsidir:
"Biz bu günə qədər əvvəlki vasitələrlə uğur əldə etmişiksə, bu, o demək deyil ki, həmin vasitələr bundan sonra da effektli olacaq. Azərbaycanın dayanıqlı inkişaf strategiyası məhz bu mütərəqqi təfəkkür üzərində qurulub. Biz də, Azərbaycan neftçiləri olaraq, cənab Prezidentin və ölkə rəhbərliyinin bu təfəkkürünü əxz edib, gələcəkdə çalışmalarımızı daha da artırmaq əzmindəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
XƏBƏR LENTİ
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı





