İqtisadiyyat

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

19 Sentyabr 2019 13:52
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər ərzində Azərbaycanla Çin arasında ticari-iqtisadi münasibətlərdə müsbət inkişaf dinamikası müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Ticarət-Sənaye Palatasının prezidenti Niyaz Əlizadə Bakıda İpək Yolu ölkələrinin məhsullarının beşinci sərgisinin açılış mərasimində deyib.

O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edir:

"Çindən məhsul idxalı 40 faiz artıb. Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticari-iqtisadi tərəfdaşı hesab olunur. Azərbaycan tarixi İpək yolu üzərində yerləşən vacib beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin daşınması üçün ən qısa nəqliyyat marşrutu rolunu oynayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.