Azərbaycanda şərabın alkoqollu içki sayılmaması təklif edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda şərabın alkoqollu içki deyil, qida məhsulu hesab edilməsi, onun reklamının genişləndirilməsi təklif edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə "AzQranata" zavodunun direktoru Vüqar Mikayılov Şamaxıda I Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan "Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı" adlı dəyirmi masada çıxış edib.
Onun sözlərinə görə, bu gün dövlət qayğısı nəticəsində şərabın ixrac potensialı 30 faiz yüksəlib:
"Şərab məhsullarının ixracının artırıla bilməməsi üçün qınaq obyektinə çevrilirik. Amma yaşı 10-dan az olan üzüm bağlarındakı üzümlərin tərkibindəki mikro və makro elementlər tam mənimsənilmədiyi üçün ondan hazırlanan şərab yalnız süfrə şərabı kimi satıla bilər. Mən deyərdim ki, Azərbaycanda süfrə şərabının keyfiyyəti ən pik həddə çatıb. Süfrə şərabı kimi ən keyfiyyətli şərab Azərbaycandadır. Ancaq süfrə şərabının qiyməti 1 dollar 40 sentdən 2 dollara qədərdir. Çox əfsuslar olsun ki, üzüm bağları indiyədək coğrafi göstəricilərinə görə zonalara bölünməyib. Nə qədər ki, bu bölgü olmayıb, biz öz şərablarımızı ucuz satacağıq. Bizim şərablarımızın baha satılması heç də çətin deyil. Bunun üçün dövlət tərəfindən zonaların adları ilə bağlı qərar qəbul edilməlidir. Sonra isə həmin zonadakı şərab zavodlarının mütəxəssisləri bir-birlərinin bağlarını, üzümlərini yoxlamağa gedə bilərlər. Daha sonra isə şərab həmin torpağın coğrafi mənşə adı ilə buraxıla bilər".
Çaxırların da qiymətinin ucuz olması qənaətində olan V.Mikayılov Gürcüstanda olduğu kimi, Azərbaycanda da şərabçılıqla məşğul olan kiçik sahibkarların sayının artmasını vacib sayıb.
Onun sözlərinə görə, Gürcüstanda şərabçılıqla məşğul olan kiçik təsərrüfatların sayı 10 mindən çoxdur. Azərbaycanda isə cəmi 15 zavod var:
"Əgər həqiqətən də üzümçülüyü inkişaf etdirmək istəyiriksə, üzümdən hazırlanan məhsulu alkoqollu məhsul kimi deyil, qida məhsulu kimi ortaya qoymalıyıq. Niyə görə Azərbaycanda şərab alkoqollu içki sayılır, qida məhsulu sayılmır? Niyə saat 11-ə qədər şərabları reklam etmək olmaz?".
V.Mikayılov təklif edir ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da meşələrdən yığılan meyvələrdən tünd içkilər hazırlamaq olar.
Direktorun fikrincə, bunun hesabına ölkəmizdə 10 minlərlə yeni iş yeri yaradıla bilər.
Şampan şərabları üçün aksizin qaldırılmasını da səhv qərar sayan sahibkar qeyd edib ki, şampan ürək xəstələri olan insanlar üçün ən güclü müalicəvi içkidir.
V.Mikayılov bunu da təklif edib ki, şərab məhsullarının reklamı genişləndirilməli, kiçik təsərrüfatlar yaradılmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)
-
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir - (Video)
-
Prezident İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb
-
"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir





