Tereza Mey: "Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq uzun onilliklər boyu davam edəcək"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki strateji enerji tərəfdaşı kimi Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlıq uzun onilliklər boyu davam edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin VII Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində deyilir.
Müraciəti Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts oxuyub.
T.Mey qeyd edib ki, Birləşmiş Krallıq və Azərbaycan 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən daha davamlı və dərin əlaqələr yaradıb, münasibətləri inkişaf etdiriblər:
"Mən ötən ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevi Londonda salamlamaqdan şad oldum. Biz onunla geniş məsələləri müzakirə etdik və SOCAR ilə BP arasında hasilatın bölgüsü haqqında altı sazişin imzalanması mərasimində iştirak etdik. Bizim strateji enerji tərəfdaşlığı qismində əməkdaşlığımız qarşılıqlı inkişafa və təhlükəsizliyə mühüm töhfə verir və uzun onilliklər ərzində davam edəcək. Biz, həmçinin bir çox digər sahələrdə birgə çalışırıq. Biz qarşılıqlı hörmət və etimada söykənən əməkdaşlığı davam etdirəcəyik".
Müraciətdə o da bildirilir ki, Qlobal Bakı Forumunda qlobal siyasəti dəyişən problemlərə baxılacaq və forum sabiq, fəaliyyətdə olan və gələcək liderlər arasında dialoq və qarşılıqlı anlaşmaya kömək edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür





