“Made in Azerbaijan” - Şərablarımız Monqolustana da ixrac olunacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Monqolustanın Ulan-Bator şəhərinə təşkil olunmuş ixrac missiyası başa çatıb.
Milli.Az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, şərab və digər spirtli içkilər, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, müalicəvi bitki çayları, qənnadı məmulatları, mineral sular, İKT və digər sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkətinin iştirak etdiyi ixrac missiyası monqolustanlı həmkarları ilə ikitərəfli görüşlər keçirib, ixrac məsələlərinə dair müzakirələr aparılıb.
Monqolustan iş adamları ilə görüşdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi məqsədilə görülən işlər, Azərbaycan-Monqolustan iqtisadi əlaqələri və əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib.
Qeyd edək ki, ixrac missiyasına daxil olan Azərbaycan şirkətlərinin məhsulları öz keyfiyyəti ilə Monqolustan şirkətləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan "Abşeron-Şərab", "A+CO", "Merit Brand", "Şərq Ulduzu", "Aqro-Azerinvest", "Aspi Agro", "Azəri" şirkətləri Monqolustanda fəaliyyət göstərən ən böyük şərab məhsulları üzrə distributor "World Wine LLC" şirkəti ilə və "Sansar" mağaza şəbəkələri ilə görüş keçirib, Azərbaycan şərablarının Monqolustana ixracına dair ilkin razılıq əldə ediblər. Bundan əlavə, Azərbaycanın "Aspi Agro" şirkəti ilə Monqolustanın "Worldwine" şirkəti arasında məhsulların ixracına dair ilkin razılaşma əldə olunub.
Bundan başqa, Azərbaycanın "Herba Flora" şirkəti ilə Monqolustanın "Vitafit İnvest" şirkəti arasında herbal ekstraktın satışı ilə bağlı razılığa gəlinib.
Azərbaycanın "Konfirom" şirkəti" ilə Monqolustanın "Shijirjin Group", "Altan Jolo İmpeks", "Makn export" şirkətləri ilə qənnadı məhsullarının, "Gilan FMCG" şirkəti ilə Monqolustanın "Vertus Group" şirkəti və "Sansar" supermarketlər şəbəkəsi arasında meyvə şirələri və konservləşdirilmiş məhsulların ixracına dair danışıqlar aparılıb.
Azərbaycanın İKT sahəsində fəaliyyət göstərən "Cybernet", "Sinam", "Neuron Technologies" və AZİNNEX şirkətlərinin təklif etdiyi xidmətlər Moqolsutan iş adamları və dövlət qurumlarının nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)
-
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir - (Video)
-
Prezident İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb
-
"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir





