İqtisadiyyat

Sui-istifadə halları olduğu üçün gömrük rüsumu tətbiq edildi - İdarə rəisi - VİDEO

7 Avqust 2018 19:24
Baxış: 2 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabinetinin avqustun 3-də qəbul etdiyi qərara əsasən avtonəqliyyat vasitələri ilə ölkədən çıxarılan əlavə yanacağa görə gömrük rüsumu ödəniləcək. Əvvəllər buna görə rüsum tələb olunmadığından bəzi sürücülər avtomobilə əlavə yanacaq çəni quraşdıraraq dizel və benzini ölkə ərazisindən çıxarıb qonşu dövlətlərdə baha qiymətə satırdılar. Belə hallar ölkəmizdə yanacaq balansının pozulmasına gətirib çıxarırdı. Yeni qaydalara görə isə, artıq bu hal müəyyən edilmiş vahid rüsumla tənzimlənəcək.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, avqustun 3-dən etibarən ölkə ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel üçün spesifik gömrük rüsumu alınır.

Əvvəllər ölkədən çıxarılan yanacaq məhsullarına görə rüsum tələb edilmirdi. Nəticədə isə bəzi sürücülər Azərbaycandan ucuz qiymətə yanacağı alaraq qonşu ölkələrdə satmaqla vergidən yayınır və dövlət büdcəsinə ziyan vururdular.

Yeni qərara əsasən isə qonşu ölkələrə səfər edən sürücülər ancaq avtomobilin texniki göstəricisində nəzərdə tutulan həcmdə yanacaq keçirə biləcəklər. Əlavə keçirilən hər litr üçün isə rüsum tələb olunacaq.

Yeni qərarı şərh edən Dövlət Gömrük Komitəsinin idarə rəisi Şahin Ələsgərov deyib ki, ölkədən çıxarılan benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 dollarspesifikgömrük rüsumu tətbiq ediləcək.

Onun sözlərinə görə, beynəlxalq təcrübdədə, xüsusən də Avropa ölkələrində bu rüsumlar daha sərt şəkildə tətbiq edilir.

Qeyd edək ki, benizinin qiyməti qonşu Türkiyədə 3, Gürcüstanda isə Azərbaycandakı qiymətdən 2 dəfə bahadır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sui-istifadə halları olduğu üçün gömrük rüsumu tətbiq edildi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.