Çiyələyin qiyməti üz qızardır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəlilabaddda bir neçə həftədir ki, çiyələk yığımına başlanılıb. Örtülü şəraitdə becərilən məhsul fermerlərə məhsulu bazara 1 ay tez çıxartmağa imkan verir.
Milli.Az xəbər verir ki, bu il havaların qeyri-sabit keçməsi səbəbindən yığım ötən illə müqayisədə təxminən 15 gün gecikib. Bununla belə məhsuldarlıq qənaətbəxsdir.
Fermerlər bildirirlər ki, keçən il 2.5-yə satılan çiyələk bu il 3.5, 3.7 manata təklif olunur. Cəlilabad çiyələyi təkcə yerli bazarda deyil, xaricdə Rusiya və Qazaxıstanda da tələbat var. Fermələrin sözlərinə görə, onlar məhsul bolluğu yaradaraq ilkin növbədə daxili bazarı təmin etməyə çalışırlar. Qiymətlər artsa da, çiyələyə tələbat azalmayıb.
Satıcıların sözlərinə görə, məhsul nübar olduğu üçün satışı da yaxşıdır. Bazarda 3-4 manata satılan çiyələk mağazalarda isə 6-7 manata təklif olunur.
Cəlilabad Dövlət Aqrar Mərkəzindən bildirildi ki, kənd təsərrüfatı məhsullarının qiyməti bazar prinsipləri ilə formalaşır. Qiymətlərin isə dövlət tərəfindən tənzimlənməsi gözlənilmir.
Qeyd edək ki, bu il Cəlilabadda 650 hektar sahədə çiyələk əkilib. İndiyədək isə 250 ton məhsul satışa çıxarılıb.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər





