“Alibaba Group” necə yarandı? – Məşhur biznesmendən 17 sitat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyaca məşhur Jack Manın layihəsinin həyata keçirməsi heç də asan başa gəlməmişdir.
Belə ki, o uzun çəkən investor axtarışlarından sonra 18 yaxın dostu ilə görüşərək öz layihəsi ilə bağlı gələcək planlarını ifadə etdikdən sonra dostlarından 60 milyon dollar məbləğində maliyyə yardımı alır. Beləliklə 1999-cu ildə bir çoxlarının uzun illər sevimlisinə çevrilən "Alibaba.com" yaradılır.
Milli.Az facemark.az-a istinadən bildirir ki, Jack Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi haqqında öz reportajında belə söyləyib: "Bir gün San Franciscoda bir kafedə oturanda "Alibaba"nın çox maraqlı və gözəl ad olabiləcəyini düşündüm. Bir ofisiant yaxınlaşdı, ona "Alibaba"yı tanıyırsan mı?' dedim. "Bəli" dedi. "Alibaba" haqqında nə bildiyini soruşduqda, "Açıl susam açıl" dedi. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub.
Hətta o küçədə gördüyü şəxslərə sual verib və nəticədə hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. Yaratdığı e-ticarət saytının adının "A" hərfi ilə başlamasının əsas səbəbi - "A" hərfinin axtarış sistemlərində ilk sırada cıxmaqlarına kömək edə bilmə ehtimalı idi. Hətta Jack Ma "Alibaba" adı ilə yanaşı, həm də "Alimama" adını da almışdır. O bu vəziyyəti belə açıqlayır: "Biz birinin bizimlə evlənmək ehtimalına qarşılıq olaraq bu adı da aldıq."
Dünyaca məşhur Çin kompaniyası 2017-ci il üçün özünün statistikasın müəyyən etmişdir. Göstəricilərə, əsasən demək mümkündür ki, il ərzində gəliri 8,285 milyard dollar olmuşdur ki, bu da keçən illə müqayisədə mövcud göstəricinin 61% çox olduğunu göstərir. Mütəxəssislərin hesablamalarına görə, fəaliyyətin əsas növlərinin 6,982 milyard dollar, yəni keçən illə müqayisədə 63% çox gəlir gətirdiyi müəyyən olunub. Onların işçi sayında da artım müşahidə olunmuşdur. Belə ki, say 2270 nəfər artmışdır, nəticədə "Alibaba Group" işçi sayı 59 min 572 nəfərdir.
Məşhur internet kompaniyası "Alibaba" 2017-ci ildə öz mövcud geniş pərakəndə ekosistemi üçün 36,8 milyon iş yerləri açmışdır. Bu haqda Dövlət Çin Universitetinin hesabatında məlumat verilmişdir. "Alibaba" ticarət platforması hal-hazırda 500 milyon istehlakçını əhatə edir.
"Alibaba"- "Çin Amazonu" rekord tələb və dəyərlə "Wall Street"də xalqa açıldıqdan sonra bildirilir ki, onun bazar dəyəri 231 milyard dollar olmaqla mövcud "Amazon" və "Ebay"ın bazar dəyərlərini ötmüşdür.
Dünyaca məşhur "Aliexpress" özünə "Müftə" şöbəsi açıb. Burada "Xioma", "Lenovo", "Povos", "Kiki", "Haier", "Bluedio", "EverPretty" və başqalarının məhsulları satacaq. Prinsip isə bundan ibarətdir ki, sifarişçi əvvəldən müraciət edəcək və qəbul olduqdan sonra məhsul üçün yalnız və yalnız 0,01 dollar ödəyəcək. Tək məcburiyyət ondan ibarətdir ki, məhsulu əldə etdikdən və sınadıqdan sonra sifarişçi məhsul barədə sosial şəbəkələrdə fikir yazmalıdır.
Həmçinin "Alibaba Group" şirkətinin təsisçisi Jack Manın sitatlarını təqdim edirik.
- Gözlənilməyəni gözlə.
- Pul xoşbəxtlik deyil, məsuliyyətdir.
- Ən təcrübəli insanı deyil, ən çılğın olanı işə alın.
- Rəqiblərinizi unudun, sadəcə müştərilərinizə fokuslanın.
- Sahib olmanız gərəkən ən önəmli şey səbrdir.
- E-ticarəti davam etdirmənin ən önəmli şərti indi etdiyinizişi şövqlə etməyə davam etməkdir.
- Dünya nə danışdığınızla deyil, nəyi həyata keçirdiyinizlə maraqlanır.
- Rəqiblərinizdən öyrənin, amma əsla kopyalamayın! Kopyalasanız, həmin an yox olarsınız.
- Gənclərə şərait yardın. Onların zehinlərinə etdiyiniz toxumlar, onlarla birlikdə böyüyəcəkdir. Və dünyanı həqiqi dəyişdirəcək də onlardır.
- İş həyatında müştərilərinizi daima birinci sıraya, işçilərinizi ikinci sıraya, ortaq və hissədarlarınızı isə üçüncü sıraya qoyun.
- Şirkətinizin səylə çalışmasını istəyirsinizsə, o zaman qadınlar ən yaxşısıdır.
- Hər kəsə düşmən olaraq baxsan, əksəriyyət üçün düşmən olacaqsan.
- Əgər bir təklif üçün 90% "hə" deyərsə, o təklifi zibilə ataram.
- Hər zaman özünüzü dinləyin. Sizin ambisiyanız və qərarlığınız, potesialınızdan daha önəmlidir.
- Bu gün çətindir, sabah daha pis olacaq. Amma sabahdan sonrakı gün günəş günəşli olacaq.
- Kimsə Jack Maya inanmaq istəmədi.
- Onlar məni dəli Jack çağırırdılar. Fikirləşirəm ki, dəlilik yaxşıdır. Biz dəliyik, lakin axmaq deyilik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)
-
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir - (Video)
-
Prezident İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb
-
"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir





