İqtisadiyyat

Azərbaycanda erməninin şirkətinin taksiləri işləyəcək?

13 İyul 2017 19:56
2 Şərh     Baxış: 2 231

"Yandeks" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edəcək. Birləşmiş şirkətdə "Yandeks" 59,3 faiz paya malik olacaq.

Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda gedişləri həyata keçirəcək müştərək şirkətə həmçinin yeməklərin çatdırılması xidməti olan "UberEATS" də daxil olacaq.

Sazişin şərtlərinə görə, "Uber" və "Yandeks" yeni yaradılan şirkətə müvafiq olaraq 225 milyon və 100 milyon dollar yatıracaqlar. Saziş imzalanan zaman onun dəyəri 3,725 milyard dollar qiymətləndirilir və səhmlərin 59,3 faizi "Yandeks"ə, 36,6 faizi "Uber" şirkətinə, 4,1 faizi isə şirkətinin əməkdaşlarına məxsus olacaq.

Şirkətə "Yandeks. Taksi" şirkətinin baş direktoru Tiqran Xudaverdyan başçılıq edəcək. Saziş artıq hər iki şirkətin direktorlar şuraları tərəfindən dəstəklənib və müvafiq tənzimləyici orqanlar tərəfindən razılaşdırılması qalıb.

Qeyd edək ki, birləşməyə baxmayaraq, hər iki şirkət - həm "Yandeks. Taksi", həm də "Uber" yenə də müstəqil olaraq çalışacaqlar. Məlumatda deyilir ki, hər iki şirkətin xidmətləri ilə işləyən taksi parkının sürücüləri vahid texnoloji platformaya keçəcək.

Bu arada hər iki şirkətin müştərək müəssisə yaratması ilə bağlı xəbərlər yayıldıqdan sonra Moskva birjasında "Yandeks"in səhmlərinin qiyməti 1950 rubla çatıb ki, bu da öncə keçirilən hərraclardakı qiymətlərdən 19,5 faiz çoxdur.

NASDAQ birjasında isə bu gün keçirilən hərraclarda "Yandeks" şirkətinin qiymətli kağızları 32,52 dollara çatıb. Bu, daha əvvəlki hərraclarda göstərilən nəticədən 18,99 faiz yüksəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    sena · 13 İyul 20:5311

    Rasiyada uje iwleyir hemde serfelidi azeride ermenin taksi firmasi iwleyecek?

    Cavab yaz
  • Anonim
    Tofiq · 13 İyul 21:1021

    Məgər, ermənilərin Azərbaycanda hər hansı bir formada, hər hansısa bir masqada fəaliyyəti müzakirə mövzusudur???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.