İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda mənzillər 15-25 min manat məbləğində məcburi sığortalanacaq
21 Aprel 2011 15:37
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda Azərbaycan parlamenti tərəfindən müzakirə olunan "İcbari sığortalar haqqında" qanun layihəsinə əsasən, ölkədə daşınmaz əmlakın icbari sığortalanması nəzərdə tutulur. Layihəyə görə, daşınmaz əmlakın icbari sığortası əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması və ya hər hansı formada itkisi ilə bağlı dəyən zərərin ödənilməsi məqsədi daşıyır.
APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binalar, mənzillər, eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbari olacaq. Ümumiyyətlə, mülkiyyətində hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahiblik edən şəxslər bu əmlakı sığortalamalı olacaqlar.
Daşınmaz əmlakın icbari sığortası zamanı sığorta hadisəsi sayılacaq hallar adi sığorta xidmətlərində göstəriləndən demək olar ki, fərqlənmir.
Qanunda sığorta və azadolma məbləğləri də müəyyən edilib. Yaşayış evləri və mənzillər üzrə Bakı şəhərində daşınmaz əmlakın icbari sığorta məbləği (ödəniş) 25 min manat, azadolma məbləği 250 manat, Gəncə, Sumqayıt, Naxçıvanda sığorta məbləği 20 min manat, azadolma 200 manat, digər yaşayış məntəqələrində müvafiq olaraq 15 min manat və 150 manat nəzərdə tutulur.
Tikililər və binalar üzrə sığorta məbləği həmin əmlakın yerləşdiyi ərazidə eyni cür tikilinin və binanın inşasının dəyəri məbləğində sığortalanır. Qeyri-yaşayış sahələrinin sığortasında isə sığorta məbləği əmlakın yerləşdiyi yerdə eyni cür və həmin vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində götürülür. Layihəyə görə, əmlaka dəyən zərərin həcmindən asılı olmayaraq ona görə ödənilən vəsait qanunda göstərilən sığorta məbləğindən artıq olmamalıdır.
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı sığorta haqları isə sığorta nəzarəti orqanı tərəfindən təyin edilən müvafiq tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir.
Xatırladaq ki, hazırda əmlak sığortası ən ucuz sığorta növlərindən sayılır - ölkənin sığorta şirkətlərinin təklif etdiyi könüllü sığorta tariflərinə görə, indi əmlakı bütün əsas risklərdən sığortalamaq üçün onun dəyərinin orta hesabla 0,1%-i qədər sığorta haqqı kifayətdir.
Qeyd edək ki, yeni qanunun tələblərini pozaraq daşınmaz əmlakını sığortalamayanlar gələcəkdə dövlət tərəfindən verilə biləcək kompensasiyanın böyük hissəsindən məhrum olacaqlar. Sənədə görə, əgər əmlak sahibi öz mülkiyyətini sığortalamasa, həmin əmlaka dəymiş zərərə görə dövlətin kompensasiya verməsi qərara alınarsa, ona ödəniləcək kompensasiya dəyən zərərin 20%-dən çox olmayacaq.
Xatırladaq ki, "İcbari sığortalar haqqında" qanun layihəsi artıq parlamentdə I oxunuşdan keçib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
-
Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu
-
Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Günün qoroskopu: İnsanlarla ünsiyyətiniz bu gün çox uğurlu olacaq
-
Sirxan Məmmədov infarkt keçirdi - (Foto)
-
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
-
"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub edib
-
Serbiya Prezidenti kimi son günlərimdir - Aleksandar Vuçiç
-
UFC: Rafael Fiziyev rəqibini nakautla məğlub edib
-
Bella Hadidin xəstəliyi kəskinləşdi: Evdən çıxa bilmir
-
Parisdə ekstremal istilər: 109 nəfər dünyasını dəyişdi
-
Venesuelada güclü zəlzələ: 1430 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
UFC: Nazim Sadıxov nakautla məğlub olub
-
Səhər yeməyi süfrələriniz üçün praktik ləzzət: Lalanga
-
Britninin oğulları podiumda (Foto)
-
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
-
Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü (Foto)
-
Şamaxıda Ağsu çayı daşdı - hərəkət iflic oldu - (Video)
-
"Zirə" Özbəkistan klubuna məğlub oldu
-
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb
-
Mikki Rurk dişsiz görüntüləndi - (Foto)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - Yenilənib
-
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub