Hesablama Palatası Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında Sahibkarlara Kömək Milli Fondunun (SKMF) vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlilin nəticələri müzakirə edilib.
APA-nın məlumatına görə, fəaliyyət istiqaməti üzrə məsul auditor M. Əlişanova bildirib ki, dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi məqsədilə vəsaitlərin ayrılması ilə əlaqədar fondun müvafiq qaydada proqnoz göstəriciləri barədə təqdim etdiyi məlumatlar tam əhatəli olmayıb, müvəkkil kredit təşkilatları tərəfindən müqavilə şərtlərinə bəzi hallarda riayət edilməyərək kredit, faiz və cərimə məbləğlərinin fondun hesabına vaxtında tam ödənilməsi təmin edilməyib.
Eyni zamanda bir sıra hallarda iqtisadiyyatın bu və ya digər sahələrinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulan müsabiqələr keçirilməyib, ayrılmış vəsaitlərin təyinata uyğun istifadə olunması məqsədilə müvəkkil kredit təşkilatları tərəfindən aparılmış monitorinqlər nəticəlilik və əhatəlilik baxımından tam yetərli olmayıb. Təhlil zamanı Fond qarşısında öhdəliyi yaranmış müvəkkil kredit təşkilatları üzrə risk dərəcələrini və xüsusi meyar göstəricilərini özündə təfsilatı ilə əks etdirən nəzarət mexanizminin hazırlanmasının, idxal asılılığı olan məhsullar üzrə nümunəvi layihələrin hazırlanaraq sahibkarlara təqdim edilməsi və onun təşviq edilməsi istiqamətində əməli tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Hesablama Palatasının Kollegiyası analitik təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib və həmin qərar icra üçün İqtisadiyyat və Sənaye Nazirliyinə və SKMF-na göndərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)





