Noyabrın 29-da Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı ilə Çolokaşvili küçəsi arasında yerləşən "Dirsi" çoxprofili yaşayış kompleksinin təntənəli açılış mərasimi keçirildi. "Dirsi"ni digər yaşayış komplekslərindən fərqləndirən cəhət, onun ərazisinə görə Cənubi Qafqazın ən böyük yaşayış kompleksi olmasıdır. Məhz bu səbəbdən açılış mərasimində Azərbaycanın, Rusiyanın, Türkiyənin, Çinin, Belçikanın, İtaliyanın və Gürcüstanın dövlət, biznes və bank strukturlarını təmsil edən rəsmi qonaqlar iştirak edirdilər. Qonaqların əksəriyyəti "Dirsi" layihəsini gerçəkləşdirən Azərbaycan xoldinqi - "AS Group Investment"in tərəfdaşlarıdır.
Xatırladaq kı, bu möhtəşəm layihənin tikintisi 2012-ci ilin dekabrında başladı. Qısa bir müddət ərzində yaradılan iş yerlərinin sayı 1200 çatdı. Bundan əlavə enerjiyə qənaet və zəlzələyə dayanıqlıq məsələlərini həll etmək imkanına malik müasir texnologiya əsasında beton və beton məmulatlarının istehsalı yaradıldı. Bundan sonra 1,2,3 otaqdan, 16-26 mərtəbədən, ticarət obyektlərindən ibarət 20 yaşayış binasının, uşaq bağçalarının, məktəblərin, dörd ulduzlu mehmanxananın tikintisinə və yaşılıqların salınmasına start verildi.
Açılış anına "AS Group Investment"in törəmə şirkəti olan "AS Georgia" layihənin birinci mərhələsini başa çatdırıb ki, bu da öz növbəsində 2614 mənzilin təhvil verilməsi deməkdir. Daşınmaz əmlak 100-dən artıq alıcısını abadlaşdırılmış ərazi, istirahət zonaları, fontan və velosiped yolları ilə sevindirdi.
İaşə və ticarət sektorunda öz biznesinin inkişafı ilə maraqlananlar üçün kommersiya əraziləridə hazırdır - butiklərin və kafelərin vitrinləri birbaşa Kür çayı boyunca uzanan bulvara açılır. Açılış mərasimi çərçivəsində müxtəlif işgüzar və şənləndirici tədbirlər keçirildi. Xüsusi təhciz olunmuş həyətlərdən birində, gürcü folklor ansambları "Tbilosova" bayramı mövzundan istifadə edərək teatral nömrələr ifa etdilər. Burada həmçinin Azərbaycan və Gürcü mətbəxinin təamları və şirniyyatla bəzədilmiş masalar yerləşdirilmişdir. Digər həyətdə isə, bayramın baş səhnəsində rəsmi açılış mərasimi və iki ölkənin incəsənət ustalarının qala konserti keçirildi.
Tədbirin işgüzar hissəsində ümümi prezentasiyalar təqdim olundu, açıq içtimai danışıqlar və "AS Group İnvestment"in prezidenti Şahin Mövsumovun dəvəti ilə tədbirə gələn işgüzar içtimayətin müxtəlif sualları cavablandırıldı, və "AS Georgia"nın direktoru Andey Patrakovun investorlar və tərəfdaşlarla vacib sənədlərin imzalaması mərasimi keçirildi. Beləki "SOCAR"ın Gurcüstan təmsilçiliyi "Dirsi" yaşayış kompleksində 150 mənzil alır, daha 50 mənzili isə özəl investorlardan biri alır. Olimpiya çempionu Aleksandr Popov adına Rusiya üzgüçülük akademiyası yaşayış kompleksinin ərazisində üzgüçülük hovuzu inşa edəcək, stilist Vladimir Motçatnı isə öz məktəb-studiyasının ofisini açacaq. Tədbir çərçivəsində gələcək ticarət mərkəzinin və ümümilikdə Dirsinin inkişafının bünövrəsinə kapsul yerləşdirildi.
"AS Group İnvestment"in prezidenti Mövsumov Şahin Arif oğlu:
"Hər şeydən öncə qeyd etmək istəyirəm ki, "Dirsi" Azərbaycan və Gürcüstan əməkdaşlığının təntənəsidir. Biz Gürcüstan hakimiyyətinə bu layihəyə verdiyi dəstəyə görə təşəkkür edirik və ümidvarıq ki, Gürcüstan tərəfinə, o cümlədən adi vətəndaşlara öz əsas fikrimizi çatdıra bildik. Biz daşınmaz əmlak bazarında yeni tendensiyaların, yəni ciddi və hörmətli developerlərin və tikinti şirkətlərinin bir binanın tikintisindən iri miqyaslı layihələrin reallaşdırması, yolu ilə gedirik. Meqapolisin mərkəzində bir binanın inşası bahalı olduğundan burada mənzili əhalinin yalnız 10% ala bilər. Biz isə digər 90% tələblərinin ödənilməsi üçün işləyirik. Bizim inşa etdiyimiz və kvadrat metri 1000 dollardan çox olmayan elit mənzillər təhciz olunmuş mətbəx, vanna otağı və təmirlə alıcılara təhvil verilir. Gəl və yaşa. Bundan əlavə biz "Həyat tərzi", "Yaşayış mühitinin keyfiyyəti", "Şəhər ərazisi" kimi anlayışları həyata keçirməyə çalışırıq, yəni yaşayış kompleksini maksimal inkişaf etdirməklə hər bir infrastrukturu insanın bir addımlığında yerləşdiririk. Biz müasir sakin üçün əsas avtomobil yolundan yaşayış kompleksinə giriş küçəsi, uşaqlar və böyüklər üçün əyləncə parkları, atraksionlar, fəvvarələr meydanı, kafe və restoranlar, ticarət və əyləncə mərkəzləri, avtodayanacaqlar, 24 saatlıq muhafizə xidməti və ərazinin videokamera ilə muşaəti, hər blokda konsyerj, yüksək sürətli internet, telefon və TV, səssiz və sürətli lift kimi anlayışları tam təbii sayırıq.
Bu cür layihələr regiona çalışmağa, öz vəsaitlərini yatırım etməyə, və müasir texnologiyalarla bölüşləməyə hazır olan yeni investorları cəlb edir.
Biz istəyirik ki, bizim qrupun bu və digər layihələri investisiyaların reallaşdırılmasının, uğurlu beynəlxalq kooperasiyanın, və müxtəlif ölkələrin iqtisadi potensialının inkişafının bariz nümünəsi olsun.
Biz, təntənəli açılışda Azərbaycan hakimiyyətini, banklarını və biznesini təmsil edən böyük bir qrupun bizi dəstəkləməsindən məmnunuq".
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Şahin Mövsumov: ""Dirsi" - Azərbaycan və Gürcüstan əməkdaşlığının təntənəsidir"
4 Dekabr 2014 10:00
Baxış: 4 285

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cərrah 20 sm aləti xəstənin qarnında yaddan çıxartdı
-
"Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur"
-
Qayınana-gəlin probleminə çarə tapıldı
-
İbrahim Borçalı toy qiymətini AÇIQLADI
-
Ərdoğan Azərbaycana səfər edəcək
-
Heç cür idmana başlaya bilməyənlər üçün üsullar
-
"Eşref Rüya" izləyicilərinin diqqətinə
-
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
-
Yeni müharibə başlayır? - AÇIQLAMA
-
Günün qoroskopu: Emosional məsuliyyətlər sizi sıxa bilər
-
Rus generalın öldürüldüyü həmin maşın azərbaycanlıya satılıbmış - TƏFƏRRÜAT
-
Ağsuda ağır qəza - yaralılar var
-
Azərbaycanlı müğənnilərin toyudur - FOTO
-
Oturduğunuz yerdə arıqlayacaqsınız - 1 həftəyə 5 kilo
-
Bakıda yol üstündə dava: Ürəyindən bıçaqlandı - yenilənib - VİDEO
-
Qaraciyərin dostu, ürək xəstəliklərinin düşməni olan tərəvəz - Bazarlarda alan yoxdur
-
Pike sevgilisindən ayrıldı - FOTO
-
Tramp Zelenski ilə görüşə bilər
-
"Real Madrid" "El Klasiko"da oynamaqdan imtina edir
-
Ən çox işıq pulu yazan cihazlar - Borc çox gəlsin istəmirsinizsə...
-
İstanbul yenidən silkələndi
-
Müəllimlərin repetitorluğu ləğv olunur?
-
Bu da “Qəbələ”nin çempionluq sevinci - VİDEO
-
Əsgərlikgən gəldiyi gün həbs olundu - Ağsuda olay