İqtisadiyyat

Bayram günlərində təbii qaz problemi olacaq?

2 Oktyabr 2014 11:39
0 Şərh     Baxış: 1 025
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azəriqaz" İB bayram günlərində normal iş rejimində işləyəcək

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Qurban bayramı günlərində normal iş rejimində işləyəcək.

Qeyd edək ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi məqsədi ilə bütün zəruri tədbirlər görülmüşdür və növbəli iş rejimi tətbiq olunacaqdır. Bundan əlavə, bayram günlərində qaz təchizatında təmir-tikinti işləri ilə əlaqədar məhdudiyyətlər olmayacaq.

"Azəriqaz" İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Qurban bayramı münasibəti ilə təbrik edir və təbii qazdan istifadə zamanı diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.