APA-nın xəbərinə görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Sabir İlyasov bildirib.Macarıstanın "WizzAir" aviaşirkəti Azərbaycana uçuşları davam etdirəcək
Onun sözlərinə görə, AZAL-ın nümayəndə heyəti sözügedən şirkətlə danışıqlar aparmaq üçün Macarıstana yollanıb.
""WizzAir" aviaşirkətinin Budapeştlə Bakı arasında aviareysləri yerinə yetirmək üçün Macarıstan tərəfinin Azərbaycanla dövlətlərarası sazişi yox idi. Onlar ancaq müvəqqəti protokol əsasında aviareyslərini yerinə yetirirdilər. Bizim nümayəndə heyəti danışıqlar üçün Budapeştə yollanıb. Onlar sentyabrın 27-də qayıdacaqlar", - deyə S. İlyasov qeyd edib.
Milli.Az