"WizzAir" Azərbaycana uçuşları davam etdirəcək? - RƏSMİ AÇIQLAMA

24 Sentyabr 2014 14:15

Macarıstanın "WizzAir" aviaşirkəti Azərbaycana uçuşları davam etdirəcək

APA-nın xəbərinə görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Sabir İlyasov bildirib.

Onun sözlərinə görə, AZAL-ın nümayəndə heyəti sözügedən şirkətlə danışıqlar aparmaq üçün Macarıstana yollanıb.

""WizzAir" aviaşirkətinin Budapeştlə Bakı arasında aviareysləri yerinə yetirmək üçün Macarıstan tərəfinin Azərbaycanla dövlətlərarası sazişi yox idi. Onlar ancaq müvəqqəti protokol əsasında aviareyslərini yerinə yetirirdilər. Bizim nümayəndə heyəti danışıqlar üçün Budapeştə yollanıb. Onlar sentyabrın 27-də qayıdacaqlar", - deyə S. İlyasov qeyd edib.

Milli.Az