Bazarlarda məhsulların qiymətinin 2 dəfəyədək bahalaşmasına səbəb nədir?
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, avqust ayı olmasına baxmayaraq, bazarlarda meyvə-tərəvəzin qiyməti keçən ayla müqayisədə xeyli artıb. İndi qiymətin qalxması həm alıcıları, həm də satıcıları məyus edir. Qiymətlərin artması nə ilə əlaqədardır?
Bol məhsul vaxtı qiymətlərin münasib olmasına adət etsək də, avqust ayında gözlənilənlərin əksi baş verib. Vitrində alıcılarını gözləyən meyvə-tərəvəz indi təxminən 2 dəfə artıq qiymətə təklif olunur. Bahalaşma isə, daha çox pomidorun satışında özünü göstərir.
Alıcı: "Əvvəllər pomidoru 70-80 qəpiyə alırdıq, indi isə, 01.20 AZN-dir. Bir sözlə, qiymətlərdə artım var".
Bahalıqdan ən çox əziyyət çəkən isə əllərindəki mala alıcı tapmağa ümid edən satıcılardır.
Satıcı: "Pomidorun qiyməti 1 - 1,5 manata qalxıb. Ona görə də alıcılıq qabiliyyəti də azalıb. Əvvəllər alıcı da çox idi, satan da bilirdi ki, qazancı var, amma indi bahalıqdır".
Satıcı: "Keçən ay pomidoru 30-40 qəpiyə satırdıq, bolluq idi, ancaq alıcı tapılmırdı, hamı dağa istirahətə gedirdi. İndi də Rusiya ilə sərhəd açılıb deyə yaxşı mallar xaricə aparılır, qalanlarını isə burada satırıq".
Satıcılar bildirirlər ki, mövcud bahalaşma pomidorun Rusiya bazarlarına yol açması ilə bağlıdır. Qiymət artımı yalnız pomidorda deyil, həmçinin digər tərəvəz və meyvələrin qiymətində də özünü göstərir. Qeyd edək ki, Gəncə bazarına pomidor daha çox Şəmkir və Goranboydan gətirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Un bahalaşdı, çörəyin qiyməti qalxmadı, ancaq…
- Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırıldı
- "Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
- Qarabağda #Birbaşlanğıc daha:Kapital Bank-ın Xankəndi filialı açıldı
- Pensiyalarda nə qədər artım olacaq? - Nazir müavini açıqladı - VİDEO
- Azərbaycan nefti ucuzlaşdı
XƏBƏR LENTİ
- Dörd kəndin qaytarılması Prezident İlham Əliyevin tarixi zəfərlər silsiləsinin davamıdır
- Azərin körpəlik papağını qızı taxdı - FOTO
- Ərəb ölkələri Türkiyənin bu təklifini RƏDD ETDİ
- Məşhur milyarderdə yenidən XƏRÇƏNG AŞKARLANDI - 6 ay ömrü qalıb
- Rusiya - Ukrayna müharibəsi bitəcək - Söz verdi
- “Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda
- Məlumatları özündə "əbədi" saxlayacaq fləş-kart yaradıldı
- Əfv sərəncamının icrası yekunlaşdı - YENİLƏNİB - FOTO
- Azərbaycanlı aparıcıya metroda "SAYMAZLIQ" - VİDEO
- “Toyota” divara çırpıldı - sürücü yaralandı
- Azərbaycanda müəllim vəfat etdi - FOTO
- İdman bürcü - Astroloji PROQNOZ: 27 may - 2 iyun
- HAMAS Təl-Əvivi raket atəşinə tutdu
- Paşinyan Azərbaycanla sərhəddə: "And içirəm ki, bura..."
- Amerika kubokunun mükafat fondu rekord olacaq
- Qan təzyiqini tənzimləyir, həzmə kömək edir
- Qəzzada ölənlərin sayı ARTDI
- Borrell: Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir
- Afaq Fəthiyyədə XALÇA TOXUDU - VİDEO
- Məşhur mahnının həsr edildiyi qəhrəmanın qızı: "Onunla görüşmək üçün..." - FOTO
- Millimizin sabiq futbolçusu Emin Mahmudovu qınayıb: “Yığmada lider yoxdur” - VİDEO
- Piyadaları daha çox hansı avtomobillər öldürür? - Elektromobillər, yoxsa...
- Dünyanın ən yaxşı un məmulatları açıqlandı: Azərbaycan ilk 10-luqda
- Yığmamızın heyəti açıqlandı