İqtisadiyyat

AZPROMO-nun rəhbəri WAIPA-nın vitse-prezidenti seçilib

30 Yanvar 2014 19:06
Baxış: 1 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Cənubi Afrika Respublikasının Keyp-Taun şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) İdarəetmə Komitəsinin növbəti iclası keçirilib.
 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclas zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatda aktiv fəaliyyəti, təşkilatın inkişafı üçün verdiyi töhfə və onun üzvləri arasında yüksək nüfuza malik olması nəzərə alınaraq İdarəetmə Komitəsinin qərarı ilə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov WAIPA-nın vitse-prezidenti seçilib.
 

Qeyd edək ki, WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 162 ölkədən 244 üzvü var. WAIPA-nın başlıca məqsədi investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardımın göstərilməsidir. Artıq 3 ildir ki, AZPROMO WAIPA-nın İdarəetmə Komitəsində Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktordur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.