Avtomobil kreditlərinə qoyulan qadağanın sirri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobil kreditlərinin verilməsinə qoyulan qeyri-rəsmi qadağanın real səbəbi, deyəsən, aydın olur.Azərbaycan sürətlə benzin ixracatçısından idxalatçısına çevrilir; hökumət avtokreditləri yasaqlamaqla benzinə olan tələbatı azaltmaq istəyir
Bu, nə problemli kreditlərin çoxluğudur, nə də son illər aktual olan tıxac problemi. Əsas səbəb benzin istehlakının son illər artımı səbəbindən daxili istehsalın istehlakla ayaqlaşa bilməməsidir.
Ekspertlər bildirirlər ki, artıq Azərbaycan benzin idxalından asılılıq sahəsində ilk addımı atıb. Ekspert Samir Əliyevin sözlərinə görə, yaxın dövrdə ölkəmizin benzin ixracatçısından idxalatçısına çevrilmək təhlükəsi tam real görünür: "Əgər Aİ 98 markalı benzinin idxalının səbəbi, sadəcə, bu markalı benzinin emalının ölkədə mümkünsüzlüyü idisə, aşağı markalı benzinlərin idxalının stimullaşdırılmasının ancaq bir səbəbi var: ölkədə durmadan artan tələbatı ödəmək. Hökumət ilk addımını atdı. Nazirlər Kabinetinin 21 yanvar 2014-cü il tarixli, 16 saylı qərarı ilə "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Qərara dəyişiklik edildi. Dəyişikliyə görə, ölkəyə gətirilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədli və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədli mühərrik benzininin 1 tonu üçün 250 ABŞ dolları məbləğində aksiz dərəcəsi 1 dollar müəyyən edilib. Bundan başqa, gömrük idxal rüsumlarının dərəcələrinə dəyişiklik edilərək iyunun 1-dək mühərrik benzinini 15 faiz idxal rüsumundan azad edib. Qərar 2014-cü il iyunun 1-dək qüvvədə olacaq".
S.Əliyevin sözlərinə görə, uzun müddətdir dövri mətbuatda ölkədə benzinin istehlakının maksimum həddə çatması barədə məlumatlar gedir: "Dövlət Neft Şirkətinin benzin ixracını bu ildən dayandırması vəziyyətin ciddiliyini göstərirdi. Çünki benzinin ölkə daxilində istehlakı artıq yerli istehsal səviyyəsinə çatıb və yerli istehsal hesabına yalnız daxili tələbatı ödəmək mümkündür. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev açıqlamasında benzin idxalını istisna etməyib. Benzin istehlakı hər il orta hesabla 10 faiz artır. Belə ki, 2007-ci ildə benzin istehlakı 784,9 min ton idisə, 2012-ci ildə 1,24 milyon tona qalxıb. Bu müddətdə istehlakın həcmi 60 faiz artıb. Dizel yanacağı da əhəmiyyətli dərəcədə artım müşahidə edilib. Bu yanacaq növündə artım 92 faiz qeydə alınıb".
S.Əliyev qeyd edir ki, həmin dövrdə bütün növdən olan avtomobillərin artımı 47 faiz olub. Bütün növdən olan avtobillərin, o cümlədən avtobusların, yük maşınlarının sayı 773 mindən (2007) 1,136 milyona (2012) çatıb.
"Göründüyü kimi, yanacaq sərfiyyatının artım tempi avtomobilin artım tempini üstələyir. Bunun səbəbi bir tərəfdən avtomobil parkının köhnə olmasıdırsa, əsas səbəbi avtomobillərin böyük hissəsinin toplaşdığı Bakı şəhərində tıxacların mövcudluğudur. İri həcmli maşınlara meyilli olmağımız cüzi də olsa, istehlak artımına təsir göstərir.
Təbii ki, bu vəziyyət uzun sürə bilməzdi. Özü ilə benzin istehlakını stimullaşdıran sürətli avtomobil artımı əlavə benzin idxalına ehtiyac yaradır. Çıxış yollarından olan yanacağın bahalaşması addımı bir o qədər də effekt vermir. Ən azı, dekabr artımı bir daha göstərdi ki, qiymətlərin artımı labüddür. Alternativ enerjidən istifadənin ən aşağı səviyyədə olması və iqtisadiyyatın daha çox yanacaqtutumlu olması yanacağın bahalaşmasını təhlükəli edir. Bu, inflyasiya təzyiqini gücləndirməklə yanaşı əhalinin həssas təbəqəsinə zərər vurur.
Əlavə benzin idxalı isə benzinin növbəti dəfə bahalaşması qaçılmaz edir. Bu vəziyyətdə hökumət bir neçə addım atdı. Əvvəlcə aksiz vergilərini artırmaqla yanacağın qiymətini qaldırdı. Ardınca idxal olunacaq yanacaq üçün aksiz vergisini müvəqqəti də olsa götürdü. Bununla da idxal yanacağı ilə ölkə daxilində satılan yanacağın qiymətləri arasında olan fərqi aradan götürdü. Paralel olaraq avtokreditləri qadağan etdi.
Bu addımlar, təbii ki, müvəqqəti xarakter daşıyır və uzunmüddətli dövr üçün səmərə verməyəcək. Yalnız qısa müddətə hesablanmış tədbirlərdir", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, benzin istehlakı o səviyyəyə çatıb ki, mövcud neft-emalı zavodunun emal gücü həminki daxili tələbatı ödəməyə çatır. Zavodun illik benzin istehsal gücü 1,4 milyon ton səviyyəsindədir. Daxili tələbat isə 2013-cü ildə 1,3 milyon tonu da keçib. Mövcud NEZ-ə sərmayə qoymaqla benzin istehsalını artırmaq iqtisadi baxımdan səmərəli deyil, yenisi isə 10 ildən sonra istifadəyə veriləcək:
"Avtokreditlərin dayandırılması yolverilməzdir. Bu, bank sektoru üçün problem yaradacaq. Guman ki, Mərkəzi Bank avtokreditlərin verilməsini yaxın həftələrdə bərpa edəcək. Ancaq şərtlər ağırlaşdırılacaq. Azərbaycanda ucuz neft pulları dövrü bitdiyi kimi asan avtomobil kreditləri dövrü də bitdi. Bundan sonra kreditlə avtomobil almaq çox çətin olacaq. Hökumət isə avtomobil satışını və idxalını məhdudlaşdırmaq əvəzinə daha səmərəli addımlar atsa yaxşı olar. Problemin kökündə avtomobil sayı deyil". S.Əliyev deyib ki, hökumət bir sıra addımlar ata bilər. Avtomobil parkının təzələnməsi, qənaətli və kiçik həcmli, xüsusən də alternativ yanacaqla işləyən avtomobillərin idxalının stimullaşdırılmasına başlanmalıdır.
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Karta köçürmələrdə yeni xidmət haqqı tutulacaq - (Video)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Azərbaycanda ət niyə bahalaşır? - ARAŞDIRMA
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Azərbaycanda əhalinin borc yükü artıb
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır





