İqtisadiyyat

Kapital Bankdan maaş və pensiya kartı sahiblərinə nağd kredit

12 Dekabr 2013 13:42
Baxış: 1 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Kapital Bankın maaş və pensiya kart sahibləri artıq bankın 6000 AZN-dək nağd pul krediti təklifindən faydalana biləcəklər.

Kredit illik 24%-dən başlanan faizlə, 36 ayadək müddətə təqdim olunur. Zaminə, girova və arayışa ehtiyac yoxdur.

Aylıq kredit borclarının ödənilməsi də çox rahatdır. Belə ki, ödənişləri istər bankın filial və şöbələrində, istərsə də banka gəlmədən www.kapitalbank.az saytına daxil olmaqla online rejimində həyata keçirmək mümkündür.

Müştərilər bu sərfəli krediti Kapital Bankın filiallarında həftə içi hər gün 9:00-dan 17:00-a qədər, şənbə günləri isə 10:00-dan 14:00-a qədər ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

Azərbaycanda ən böyük şəbəkəyə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.