Məhz bu səbəbdəndir ki, Azərbaycanda bazara axır vaxtlar "halal" adı ilə ayaq açan kifayət qədər kolbasa məmulatları var.
Lakin təəssüflər olsun ki, keyfiyyətini qoyaq bir kənara, satılan məhsulun halal olmasına da kifayət qədər şübhələr var.
Birmənalı söyləmək mümkündür ki, bu gün əhalinin bu tələbatını nəzərə alan bir çox işbazlar "halal" adı ilə bazara çıxardıqları məhsullarla həm istehlakçı hüquqlarını pozur, ən vacibi isə insan sağlamlığını ciddi şəkildə təhdid edən xəstəliklərə yol açırlar.
Əlbəttə, bununla yanaşı, sözün bütün mənalarında, halal, keyfiyyətli kolbasa və sosis istehsalını gerçəkləşdirən müəssisələr də yox deyil.
"Halal Dad" MMC də, tam məsuliyyətlə demək mümkündür ki, belələrindəndir.
Bu, heç də nəzəri mülahizələr deyil. Belə ki, "Halal Dad"ın keyfiyyətinə əmin olmaq üçün istehsal prosesində bilavasitə iştirak etdik. Necə deyərlər, gedib gözümüzlə gördük.
Məlumat üçün bildirək ki, 2011-ci ilin sentyabr ayından fəaliyyət göstərən "Halal Dad" MMC 3 il ərizində Azərbaycan bazarında əsl "halallıq" nümunəsi sərgiləyib.
Kolbasa üçün istifadə olunan heyvanlar halal qaydada kəsilir, gigiyenik qaydalara tam riayət etməklə qablaşdırılır, istehsal edilir.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, müəssisədə Avropadan gətirilmiş avadanlıqlardan istifadə edilir ki, bu da istehsal prosesində xammala insan əlinin toxunuşunu, demək olar ki, tamamilə məhdudlaşdırır.
Kolbasa məmulatlarının istehsalı üçün tədarük olunan mahsullar Azərbaycanın aidiyyəti qurumları tərəfindən sertifikatlaşdırılır.
Müəssədə kəsilən ət məhsulları öncə tərəzidə qəbul olunur. Müvafiq çəki müəyyənləşdirildikdən sonra ət sümükdən ayrılır, duzla qarışdırıldıqdan sonra həmin ət farş halına salınır.
Farş halında hazır edilən ət ədviyyatlarla birlikdə şprislərə verilir və ərzaq dükanlarında gördüyümüz kolbasa formalarına salınır. Bu prosesdən sonra həmin məhsullar göndərilir sobalara və müəyyən olunan vaxtacan orada qalır. Hazır olduqda isə çıxardılaq bir neçə dəqiqəlik soyuducularda saxlanılır.
Daha sonra isə hazır məhsullar satış məntəqələrinə göndərilir.
Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır deyimini əsas tutaraq, "Halal Dad" MMC-nin istehsal prosesinin hansı formada aparıldığını özündə əks etdirən fotolarla sizi tanış edirik.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




