İqtisadiyyat

"Sumqayıt" İES 9 ayda 1,3 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib

29 Oktyabr 2012 15:47
Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yanvar-sentyabr aylarında "Sumqayıt" istilik elektrik stansiyası 1,31 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

Elektrik stansiyası cari ilin sentyabr ayında 155 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.
Ümumi gücü 525 MVt olan "Sumqayıt" elektrik stansiyasında iki ədəd qaz və bir ədəd buxar turbini quraşdırılıb.

Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir.

Bundan əlavə, "Sumqayıt" İES-in enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.