İqtisadiyyat

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

5 İyun 2026 14:52
Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qızıl bazarında son aylarda durğunluq müşahidə olunur. Alıcı fəallığı əvvəlki səviyyədə deyil. 

Bəs buna səbəb nədir? 

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, dünya bazarında baş verən kəskin dəyişikliklər yerli bazarlara öz təsirini göstərib:

"Son vaxtlar bəzi qızılların qiymətində enmə müşahidə olunsa da, alıcıların bazara marağı hələ də zəif olaraq qalır. Bazarda ən çox tələbat olan məhsullardan biri də 585 əyarlı türk qızılıdır. Hazırda türk qızılının bir qramı 170-175 manat arası təklif olunur. Alış qiyməti isə 130-140 manat arası dəyişir. İtalyan qızılının bir qramı isə 230-270 manatdır". 

Satıcılar bildiriblər ki, son zamanlar yeni qızıllarla paralel ikinci əl qızıllara da kifayət qədər maraq var. Bunun əsas səbəbi isə qiymət fərqidir. 

Məsələ ilə bağlı iqtisadçı Fuad İbrahimov bildirib ki, qlobal bazarda qiymətlərin yüksək həddə çatmasından sonra alıcılıq qabiliyyətinin aşağı düşməsi qızılın qiymətinə öz təsirini göstərdi. Bu isə yaxın zamanda alıcılıq fəaliyyətinin müəyyən qədər bərpasına təsir göstərə bilər. 

Ekspert qeyd edib ki, qızılın maya dəyərində baş verən dəyişikliklər ikinci əl bazarına da təsirsiz ötüşmür. Buna görə də ikinci əl bazarında da qiymət fərqi özünü göstərir. 

Aysel
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.