Türkiyə

İbrahim Tatlıses yenidən xəstəxanaya yerləşdirildi

5 İyun 2026 13:12
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə musiqisinin tanınmış simalarından olan İbrahim Tatlıses yenidən səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bir müddət əvvəl müalicəsini tamamlayaraq evə qayıdan 78 yaşlı sənətçi bu dəfə Ankaradakı tibb müəssisələrindən birində həkim nəzarətinə götürülüb.

Xatırladaq ki, məşhur ifaçı aprel ayında ağır infeksiya diaqnozu ilə xəstəxanaya müraciət etmişdi. Daha sonra öd kisəsində aşkarlanan problem səbəbindən əməliyyat olunan Tatlısesin cərrahi müdaxiləsi uğurlu keçmişdi. Səhhəti nisbətən yaxşılaşdıqdan sonra isə o, aprelin sonlarında evə buraxılmışdı.

Asya
Milli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.