Ölkə

İsa Həbibbəyli onu yeni direktor TƏYİN ETDİ

5 İyun 2026 14:08
Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinə yeni direktor təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə akademiyanın prezidenti, akademik İsa Həbibbəyli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə gətirilib. 

O, son aylarda mərkəzin direktoru vəzifəsini müvəqqəti icra edirdi.

Qeyd edək ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əvvəlki direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü aprelin 28-də vəfat edib. /yenisabah/

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.