Bakı CNN-dən təkzib gözləyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"5 iyun tarixində "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik".
Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "CNN World"də dərc olunmuş məqalədə Azərbaycanla bağlı əsassız iddialara dair şərhində bildirib.
Onun sözlərinə görə, sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib olunub və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilib.
"Heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə əsaslanan və Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir.
Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək.
Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu kimi əsassız və heç bir sübuta əsaslanmayan iddialar növbəti dezinformasiya cəhdidir.
CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik", - Ayxan Hacızadə qeyd edib.
Aysel
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu tarixdə Bakıya leysan YAĞACAQ
-
Ev alanların NƏZƏRİNƏ - Maklerlərin demədiyi detallar üzə çıxdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Avropa çempionatında qazandığı qələbə münasibətilə Azərbaycan futzal milli komandasını təbrik edib - FOTO
-
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
-
Sosial şəbəkələrdə pul qazanan azərbaycanlılar nə qədər gəlir əldə edir? - ARAŞDIRMA
-
Bakı CNN-dən təkzib gözləyir
XƏBƏR LENTİ
-
Bu tarixdə Bakıya leysan YAĞACAQ
-
Putin, Zelenski və Xamenei barədə Trampdan açıqlamalar
-
Ev alanların NƏZƏRİNƏ - Maklerlərin demədiyi detallar üzə çıxdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Avropa çempionatında qazandığı qələbə münasibətilə Azərbaycan futzal milli komandasını təbrik edib - FOTO
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
“61 uşaq bağçası açsam da, selülitlərimdən DANIŞIRLAR” - FOTOlar
-
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
-
Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb
-
Rusiyadan azərbaycanlıların ölümü ilə bağlı AÇIQLAMA
-
Toral Bayramov “Qarabağ”dan ayrılmasının səbəbini açıqladı
-
Sosial şəbəkələrdə pul qazanan azərbaycanlılar nə qədər gəlir əldə edir? - ARAŞDIRMA
-
Bakı CNN-dən təkzib gözləyir
-
"Qadın arxasınca danışan kişilər POZĞUNDUR"
-
Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...
-
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI
-
İkardi-Vanda Nara məhkəməsi BAŞA ÇATDI: Qorxduğu başına gəldi... - FOTO
-
5 azərbaycanlının həyatını itirdiyi gəmi hücumunun ANBAAN VİDEOSU
-
Xamenei buna görə ictimaiyyət qarşısına çıxmır
-
Naxçıvanda ayı oğlana hücum etdi - Anbaan VİDEO
-
Ruslan Eyyubov həbsdən azad edildi
-
CNN Azərbaycanla bağlı saxta məlumat yayıb
-
6 aylıq qızı ilə FOTOları
-
İsa Həbibbəyli onu yeni direktor TƏYİN ETDİ
-
Peres bu futbolçu üçün 150 milyon avro təklif edəcək





