Siyasət

Rusiyadan azərbaycanlıların ölümü ilə bağlı AÇIQLAMA

5 İyun 2026 15:16
Baxış: 639

Moskva Azov dənizində "Natra" və "Zirkon" gəmilərində həlak olan dənizçilərin ailələrinə, dostlarına başsağlığı verir və hadisənin səbəblərini araşdırır.

Milli.Az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Həlak olanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Hadisənin baş vermə səbəbləri araşdırılır", - o bildirib.

Qeyd edək ki, azərbaycanlıların idarə etdiyi "Natra" və "Zirkon" yük gəmiləri dron hücumuna məruz qalıb. Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həyatını itirib, 3 nəfər isə xəsarət alıb. Yaralanan şəxslər müalicə üçün Rusiyanın Yeysk şəhərindəki xəstəxanaya yerləşdiriliblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.