İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda ipoteka predmeti kimi qəbul edilməyən beşmərtəbəli köhnə yaşayış binalarında mənzil qiymətləri yüksək olaraq qalır.
Milli.Az-ın araşdırmasına görə, köhnə binaların sökülərək yerində yeni yaşayış komplekslərinin tikilməsi ilə bağlı gözləntilər də qiymətlərin yüksəlməsinə təsir göstərir. Bundan əlavə, metro stansiyaları, universitetlər və biznes mərkəzlərinə yaxınlıq bu mənzillərin kirayə bazarında da tələbatını artırır.
2026-cı ildə Bakıda köhnə tikili, xüsusilə də beşmərtəbəli binalarda ən yüksək qiymətlər şəhərin mərkəzi rayonlarında qeydə alınır. Əmlak bazarındakı vəziyyət göstərir ki, ən bahalı ərazilər sırasında Səbail rayonu liderlik edir. Burada köhnə tikililərdə mənzillərin bir kvadratmetrinin qiyməti 4 200-5 200 manat arasında dəyişir. Nəsimi rayonunda bu göstərici 3 200-4 200 manat, Nərimanov rayonunda isə 2 600-3 300 manat təşkil edir.
Yasamal və Xətai rayonları da yüksək tələbatın müşahidə olunduğu ərazilər sırasındadır. Bu rayonlarda köhnə tikililərdə mənzillərin kvadratmetr qiyməti müvafiq olaraq 2 500-3 200 və 2 400-3 000 manat arasında dəyişir. Nizami, Binəqədi və Suraxanı rayonlarında qiymətlər nisbətən aşağı olsa da, burada da mənzil bazarında aktivlik qalmaqdadır.
Ən münasib qiymətlər isə Sabunçu, Xəzər və Qaradağ rayonlarında müşahidə edilir. Bu ərazilərdə köhnə tikililərdə mənzillərin bir kvadratmetri təxminən 1 300-2 100 manat arasında dəyişir.
Beşmərtəbəli binaların ən bahalı olduğu ərazilər əsasən Elmlər Akademiyası, İnşaatçılar, Nizami, 28 May, Gənclik və Nəriman Nərimanov metro stansiyalarının ətrafı, həmçinin İçərişəhər və Bayıl istiqamətləridir. Bu ərazilərdə yerləşən mənzillərə həm yaşayış, həm də investisiya məqsədilə yüksək tələbat mövcuddur.
Məsələn, Yasamal və ya Nəsimi rayonlarında yerləşən 60 kvadratmetrlik köhnə ikiotaqlı mənzilin qiyməti 150-220 min manat arasında dəyişdiyi halda, eyni sahəyə malik mənzili Sabunçu və ya Suraxanı rayonlarında 90-130 min manata almaq mümkündür. Bu qiymət fərqi əsasən ərazinin yerləşməsi, infrastruktur imkanları və gələcəkdə söküntü perspektivi ilə bağlıdı.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib





