Azərbaycanda yumurtanın qiyməti bahalaşıb? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər Azərbaycanda yumurtanın bahalaşması ilə bağlı xəbərlər yayılır. Bəs yayılan xəbərlər nə qədər doğrudur?
Mövzu ilə bağlı "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli Trend-ə açıqlamasında bildirib ki, hazırda supermarketlərdə sadəcə kənd yumurtası bahalaşıb.
O qeyd edib ki, buna səbəb kənd yumurtası sayının soyuq havalarda azalmasıdır.
"Bu proses hər il belə olur. Yayda təxminən gündəlik 1 milyonadək istehsal olunan bu növ yumurta hazırda 300000-dək saydadır. Bu da tələbata uyğun olaraq kənd yumurtasının bahalaşmasına səbəb olur. Mart ayından yumurtanın qiymətində yenidən azalma müşahidə ediləcək. Sənaye məqsədli intensiv satışa çıxarılan yumurtanın qiymətində isə heç bir bahalaşma müşahidə edilmir".
M.Həsənli bildirib ki, sənaye üsulu ilə istehsal olunan yumurtanın bir ədədinin qiyməti hazırda 16-19 qəpik aralığında dəyişir. 16 qəpiyə ağ, 19 qəpiyə isə çəhrayı yumurtalar satılır.
O qeyd edib ki, Azərbaycana yumurta idxal olunmur, çünki qonşu dövlətlərdə bu məhsulun qiyməti çox bahadır.
"Məsələn, Türkiyədə yumurtanın 1 ədədinin qiyməti 27 qəpik, Gürcüstanda 24 qəpik, İranda 24 qəpik, Rusiyada 22 qəpik, Belarusiyada 21 qəpik, Avropa ölkələrində 45 qəpik, Amerikada isə 1 manat dəyərindədir. Bu qiymətlər də Azərbaycanla müqayisədə çox bahadır deyə ölkəmizə yumurta idxal olunmur".
M.Həsənli noyabr ayında Azərbaycandan xarici ölkələrə yumurta ixrac edilmədiyini qeyd edib.
"Ötən aylaradək Amerika və Yaxın Şərq ölkələrinə yumurta ixrac edilib. Hazırda Azərbaycan əhalisinin yumurtaya olan gündəlik tələbatı 4 milyon 600000 ədəddir",-deyə o əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranda nizam dəyişdi - "Ali Rəhbər" erası bitdi
-
Mayın 1-dən 50 yaşdan yuxarı kişilər səfərbərliyə cəlb ediləcək
-
14 yaşlı qızla hamamda boğulan gəncin FOTOsu
-
Xalq artistinin qızının nikah FOTOları
-
Delimitasiya üzrə bu layihələr razılaşdırıldı - FOTO
-
Türkiyədə bu şəxslərin yaşayış icazələrinin qiyməti ARTDI
-
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
-
Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
-
"Kiçik qızıma elçi çıxıblar"
-
Məşhur müğənni konsertindən sonra güllələndi - FOTO
-
"Neftçi" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb
-
Xəzərdə balıq ovu tam dayandırılır - TARİX
-
"Peşmanam ki, niyə EVLƏNMƏDİM"
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Əməkdaşlıq Sazişi təsdiqlənib
-
Kəmaləddin Heydərov Özbəkistanda səfərdədir
-
“Kiçik Dəniz Küçəsi” silsilə konsertləri çərçivəsində keçirilən IV konsert uğurla baş tutdu - FOTO
-
"Komedixana"nın aktrisası özünə yeni iş TAPDI
-
Bakıda avtomobillərdən oğurluq edən iki nəfər saxlanılıb - VİDEO
-
“Temu” bağlamaları buna görə GECİKİRMİŞ
-
“Bookline” layihəsi yekunlaşdı - Kitaba aparan rəqəmsal yol - FOTO
-
“Lənkəranski”nin yaxın dostu beynəlxalq axtarışa VERİLDİ
-
"İlk Zaurun verilişinin bağlanmasını GÖZLƏYİRDİM"
-
CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO
-
Bu şəxslər də gömrük daşıyıcısı ola biləcək - Yeni dəyişiklik





