İqtisadiyyat

“AzerGold” QSC III Şuşa Qlobal Media Forumunda təmsil olundu - FOTO

22 İyul 2025 12:10
Baxış: 556
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"AzerGold" QSC ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda təmsil olunub. 

Milli.Az xəbər verir ki, 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin qatıldığı Forum çərçivəsində dövlət şirkətinin ərsəyə gətirdiyi qızıl və gümüş məhsulları sərgilənib.

"AzerGold" QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə "Smartminting" texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş "100 il və onun fövqündə bir irs" qızıl sikkəsi, İçərişəhərə, həmçinin Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil "Bakı" gümüş sikkəsi və digər tematik sikkələr yer alıb.

Sərgidə dövlət şirkətinin fəaliyyəti, xüsusilə "Şuşa", "Qarabağ inciləri",  "Natəvan" sikkələri, onların ifadə etdiyi tarixi-mədəni mesajlar barədə xarici qonaqlara ətraflı məlumatlar verilib. Stenddə, həmçinin yaxın zamanda satışa təqdim ediləcək "Laçın" qızıl və gümüş kolleksiyasının dizaynı ictimaiyyətə təqdim edilib. Nümunələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.