Ölkə

Daha bir rayonda ehsan ləğv edildi

22 İyul 2025 18:38
Baxış: 1 161
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kürdəmir rayonunda yas məclislərində ehsan verilməsi yığışdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Teleqraf"a Kürdəmir şəhər Cümə məscidinin imamı Aqil Əliyev məlumat verib.

Onun sözlərinə görə, ağsaqqallar və din xadimləri birlikdə belə bir qərara gəliblər.

"Artıq iki aydır ki, rayonumuzda yas məclislərində yemək verilmir. Yas məclisləri öz qaydasında təşkil olunur, halva və çay verilir, sadəcə yemək verilməsi yığışdırılıb", - deyə o bildirib.

Qeyd edək ki, 10 gün əvvəl Sabirabad şəhəri və kəndlərində də yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilmişdi.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.