Biləsuvarda xəstəxanada 3 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.
TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, daha öncə iyulun 13-də və 18-də sol qasıq nahiyəsində olan ağrılar səbəbilə 2022-ci il təvəllüdlü (kişi cinsli) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən gətirilib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib:
"İyulun 21-də saat 15:00 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların inyeksiyası zamanı anaflaktik şok keçirib. Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20 radələrində azyaşlının ölüm faktı qeydə alınıb".
Milli.Az