İqtisadiyyat

Bakının bu ərazisində evlər söküləcək - VİDEO

19 İyul 2025 23:50
Baxış: 706
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda daha bir ərazidə söküntü işlərinə başlanılacaq.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunda köhnə və sıx tikililərdən ibarət olan "Xutor" adlanan yaşayış massivində söküntü işlərinə start veriləcək.

Ərazidəki evlərin plana düşdüyü bildirilir. Rəsmi qurumların nümayəndələri bugünlərdə qəsəbə ərazisinə baxış keçirməyə başlayıb. Ərazidə yaşayan sakinlər bildirdilər ki, artıq Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb.

Sakinlər ödəniləcək kompensasiyanın məbləğinin bazar qiymətlərinə uyğun olmasını istəyirlər.

Sakinlərin bəziləri isə pul yox, eyni ərazidə yeni mənzillə təmin olunmaq istəyirlər.

Qeyd edək ki, "Xutor" qəsəbəsinin sökülməsi məsələsi uzun illərdir müzakirə olunur.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.